REGİONLAR


Sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin, iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb. Bununla yanaşı, Apelyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.