REGİONLAR
Sahibkarlığa Kömək Milli Fondu 6 ayda qazaxlı sahibkarlara 7 milyon 600 min manatdan çox kredit verib
Qazax, 1 avqust, AZƏRTAC
Qazax rayonunda 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində bu qurumlar tərəfindən əhaliyə 7178131 manat və 505346 ABŞ dolları məbləğində kreditlər verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də 382 nəfərlik iş yerinin açılması məqsədilə sahibkarlara 24 layihə üzrə 7602500 manat kredit verilib. Bunun 15000 manatı yeyinti sənayesi, 211500 manatı kənd təsərrüfatı məhsulları istehsalı, 15000 manatı ağac emalı (mebel), 7361000 manatı isə tikinti materialları istehsalı sahələrinə ayrılıb.