REGİONLAR
Sahibkarlığa Kömək Milli Fondu erməni təxribatçıları tərəfindən zərər görən sahibkarlara köməklik göstərir
Bakı, 29 aprel, AZƏRTAC
Atəşkəs rejimini mütəmadi pozan erməni təxribatçıları dinc əhali ilə yanaşı, mülki obyektləri də atəşə tutmaqda davam edirlər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 27-dən 28-ə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-yə ciddi ziyan dəyib, ofis binası dağılıb, sağım sistemi sıradan çıxıb, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəyib, çoxlu sayda mal-qara tələf olub.
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Ağdamın Əfətli kəndində güzəştli kreditlərdən istifadə etməklə yaradılan “Qara inək fermer təsərrüfatı” MMC-də olub, təsərrüfata baxış keçirib.
“Qara inək fermer təsərrüfatı” MMC-nin fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]