İQTİSADİYYAT
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz vergi tutulur
Bakı, 17 avqust, AZƏRTAC
Metal tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verilməsi zamanı hansı vergi öhdəlikləri yaranır?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi isə əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsi ilə mənfəət götürülməsindən ibarət olan fəaliyyətdir. Metal tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergiödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Nəticə etibarı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.