MƏDƏNİYYƏT


“Sahibsiz kölgələr” kitabı işıq üzü görüb

Bakı, 24 may, Zərəngiz Mansurova, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə elm, ədəbiyyat adamları məslək birliyinin (İLESAM) üzvü Sadiq Qarayevin yeni kitabı - “Sahibsiz kölgələr” adlanır.

AZƏRTAC xəbər verir ki, yeni çapdan çıxan bu əsər də müəllifin bundan əvvəl nəşr etdirdiyi “Sahilsiz təzadlar” romanı kimi elmi-fəlsəfi və dedektiv janrda yazılmış irihəcmli bədii nəsr nümunəsidir. On bir fəsildən ibarət olan “Sahibsiz kölgələr” romanında hər fəslin əvvəlində verilən, yazıçının elmi düşüncəsinin məhsulu olan aforizmlər, hikmətli sözlər mahiyyətin açılmasında, yaxud yekun nəticələrin çıxarılmasında mühüm rol oynayır.

“Sahibsiz təzadlar” romanında qəhrəmanların və digər obrazların vasitəsilə irəli sürülən bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr müzakirə olunub. Bundan əlavə əsərdə rənglərin əmələ gəlməsi, kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer alıb.

Kitabı kitab mağazalarından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.