Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şahin Əliyev: Referendum Aktının layihəsi barədə Venesiya Komissiyasının rəyi siyasi sifarişdir

Bakı, 22 sentyabr, AZƏRTAC

Venesiya Komissiyası yüksək peşəkarlardan ibarət çox mötəbər bir qurumdur. Azərbaycan hökuməti hər zaman Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlıq həmişə qarşılıqlı hörmətə əsaslanıb. Bəzən bir-birimizlə razılaşmasaq da, fikirlərimizə, rəylərimizə qarşılıqlı hörmətlə yanaşırıq. Xatırlamıram ki, Komissiya hər hansı bir məsələ ilə bağlı üç aydan tez bu və ya digər rəyə gəlsin. Adətən prosedura əsasən, Azərbaycanla bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanaraq elektron poçt vasitəsilə bizə göndərilirdi. Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilir və yalnız bundan sonra həmin rəy dərc edilirdi. Lakin referendumla bağlı rəy hazırlanarkən naməlum səbəblərdən bütün bu ənənəvi prosedur qaydaları kobud şəkildə pozulub. Bu prosedurun pozulması ciddi narahatlıq yaratmaya bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair Venesiya Komissiyasının ilkin rəyi ilə bağlı sentyabrın 21-də keçirilən mətbuat konfransında Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Venesiya Komissiyasının bu rəyi AŞPA sədrinin sorğusu əsasında hazırlanıb. Bu sorğu Komissiyaya sentyabrın 6-da təqdim olunub. Azərbaycan tərəfinin dinlənilmə hüququna məhəl qoyulmayaraq, bu rəy cəmi iki həftə sonra Komissiyanın rəsmi saytında dərc olunub. İngilis dilində belə bir ifadə var “Due process”. Bu ifadənin dəqiq tərcüməsi yoxdur. Bu, çox ahəngdar bir anlayışdır, o cümlədən məhkəmə prosesində qarşı tərəfin ittihamdan əvvəl dinlənilməsi hüququnu ehtiva edir. Lakin bu hüquq bu dəfə bizim əlimizdən alınıb. Əslində, bizi fakt qarşısında qoyublar. Referendum Aktının layihəsi barədə Venesiya Komissiyasının rəyində bildirilir ki, sentyabrın 6-da Komissiya Azərbaycan tərəfi ilə əlaqə saxlamağa cəhd edib və bu, baş tutmayıb. Rəsmi bildirirəm ki, bu yalandır. Prezident Administrasiyası ilə nə sentyabrın 6-da, nə də sonra, nə elektron poçt vasitəsilə, nə də adi telefonla əlaqə saxlanılmayıb. Rəydə qeyd edilir ki, Konstitusiyaya 29 düzəlişdən ibarət referendum aktının müzakirəsi üçün iki ay - 60 gün kifayət deyil. Lakin necə olur ki, iki həftə - 14 gün ərzində həmin 29 düzəlişə dair rəy hazırlanaraq dərc edilir?!

Venesiya Komissiyasının rəyində kifayət qədər qeyri-dəqiqliklərin və kobud səhvlərin olduğunu deyən Şahin Əliyev bildirib ki, misal üçün, rəyin 25-ci bəndində Azərbaycan Konstitusiyasının 159-cu maddəsinə istinad edilir. Halbuki bizim Konstitusiya 158 maddədən ibarətdir.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Komissiya tərəfindən Referendum Aktı layihəsinin insan hüquqları ilə bağlı məğzi dəstəklənir və müsbət qiymətləndirilir. Şahin Əliyev deyib: “Onların əsas narazılıqları müharibə şəraitində olan ölkənin icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət Referendum Aktı qəbul ediləcəyi təqdirdə təsis olunacaq vitse-prezidentlik institutundan gedir. Onların əsas arqumenti ondan ibarətdir ki, təyinatlı vitse-prezidentlik institutu demokratik standartları pozur. Əgər normal müzakirələr keçsəydi və bizim rəyimiz öyrənilsəydi, onlara sual vermək olardı ki, bu demokratik standart harada mövcuddur?! Hansı beynəlxalq sənəddə, hansı aktda bu, əksini tapıb?! Belə standartlar mövcud deyil. Belə standart yoxdur. Onu heç kim tapıb qarşımıza qoya bilməz. Rəydə deyilir ki, Azərbaycan Prezidenti vəzifəsini icra edə bilmədikdə, bu vəzifəni vitse-prezidentlərin yerinə yetirməsi qeyri-demokratikdir. Ona görə ki, təyinatlı vitse-prezident seçkili vəzifə deyil. Həmin ekspertlərə bildiririk ki, hamımızın demokratik dövlət kimi qəbul etdiyi ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətləri vitse-prezidentə keçir. Vitse-prezident bu vəzifəni icra edə bilmədikdə isə siyahı üzrə təyin olunmuş, seçilməmiş nazirlər icra edir. Heç kim bu proseduru qeyri-demokratik adlandırmır. Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların tələbidir. Ona görə ki, Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə iki köməkçisi dövlətimizin başçısının iqtisadi islahatlar siyasətini həyata keçirmək üçün kifayət deyil. İqtisadi islahatlar çox mürəkkəb və məsuliyyətli prosesdir. Bu prosesdə siyasətin sahələr üzrə aparılması tələb olunur”.

Mətbuatda dəfələrlə qeyd olunub ki, Nazirlər Kabineti ölkədə gedən iqtisadi islahatların lokomotivinə çevrilə bilməyib. Bu fikirlə razılaşmaq olar. Ona görə ki, Nazirlər Kabineti uzunmüddətli proseslərdə özünü çox effektiv orqan kimi göstərib və kifayət qədər səmərəli işləyib. Lakin o, hər ay dəyişən iqtisadi şəraitdə, maliyyə siyasətində aparıcı rol oynaya bilməyib. Ona görə ki, Nazirlər Kabinetinin institusional mahiyyəti, strukturu, iş tərzi bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Çevik qərarlar qəbul etmək imkanına malik institut bugünkü həyatın tələbidir.

Şahin Əliyev qeyd edib ki, Referendum Aktının layihəsi ilə əlaqədar Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır. Söhbət layihənin 95-ci prim maddəsindən gedir. Bu maddənin Referendum Aktının layihəsinə salınması heç də kiminsə istəyi ilə baş verməyib. Bu, həyatın tələbidir. Ona görə ki, hər bir kollegial orqanın fəaliyyətində olduğu kimi, parlamentin fəaliyyətində də, şahmatçıların dili ilə desək, pat vəziyyəti yarana bilər. Çünki bu orqanda qərarlar səsvermə yolu ilə qəbul olunur. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş qanun layihələri Konstitusiyanın 96-cı maddəsində nəzərdə tutulmuş müddətdə səsverməyə çıxarılmır. Çox maraqlıdır ki, Venesiya Komissiyası rəyində başqa ölkələrin təcrübəsinə istinad etmir. Ancaq Referendum Aktı layihəsinin 95-ci prim maddəsində parlamentin buraxılması səbəbləri sadalanıb. Bu səbəblər Konstitusiyanın müvafiq maddələrinə əsaslanır: parlament hansı hallarda, hansı vəzifələri icra edə bilmədikdə buraxıla bilər. Referendum Aktının layihəsində bir şərt də irəli sürülüb ki, bu səbəblər aradan qaldırıla bilməyən olmalıdır. Misal üçün, yalnız Fransada prezident Milli Assambleyanı çox asanlıqla buraxa bilər. Fransa Konstitusiyasının yeganə tələbi ondan ibarətdir ki, bu addım atılmazdan əvvəl Prezident Senatın sədri və Milli Assambleyanın sədri ilə məsləhətləşmələr keçirməlidir. Bu məsləhətləşmənin nəticələrinin nəzərə alınıb-alınmaması barədə Fransa Konstitusiyasında heç bir müddəa yoxdur. Bir daha qeyd edirəm ki, referenduma çıxarılan layihədə Azərbaycanda parlamentin buraxılmasının bütün səbəbləri Konstitusiyaya istinad edilməklə bir-bir sadalanır.

Azərbaycan Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması ilə bağlı Venesiya Komissiyasının rəyindəki iradda bildirilir ki, bununla əlaqədar xarici ölkələrin təcrübəsi kifayət qədər öyrənilməyib. Ancaq unudurlar ki, hazırda İsraildə, Kiprdə, İslandiyada prezidentlər 7 il, Finlandiyada, Avstriyada isə 6 il müddətinə seçilir. 2000-ci ilə qədər Fransada da prezident 7 il müddətinə seçilirdi. Bu dəyişikliyin birinci əsas məğzi ondan ibarətdir ki, parlamentlə prezidentin mandatının müddəti üst-üstə düşməsin. İkincisi, bildiyiniz kimi, Azərbaycan hər beş ilin üç ilini “seçki qızdırması” şəraitində yaşayır. Belə ki, hər beş ilin üç ilində prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Bu vəziyyətdən çıxış yolu olaraq, prezidentin səlahiyyətlərinin 7 ilədək artırılması təklif edilir. 2000-ci ildə Fransada Jak Şirakın təşəbbüsü ilə Fransa Konstitusiyasında prezidentlik müddətinin 7 ildən 5 ilə dəyişdirilməsinin səbəblərini axtararkən yeganə onu tapa bildim ki, o, bu barədə yalnız bu sözləri deyib: “7 il çoxdur, 5 il daha məqbuldur”. Nəyə görə məqbuldur? Bunun heç bir izahı yoxdur.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Venesiya Komissiyasının rəyində digər irad Referendum Aktının layihəsində Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkilərini təyin etmək səlahiyyətinin verilməsinə aiddir. Konstitusiyaya təklif olunan bu dəyişiklik onunla bağlıdır ki, Prezidentin səlahiyyət müddəti 7 il olduğu təqdirdə onun özünəinam votumu üçün xalqa müraciət etmək imkanı olsun. Bu da çox məntiqli haldır.

“Venesiya Komissiyasının fəaliyyəti haqda məlumatlı olan hər kəsdə belə təəssürat yaranır ki, qurum bu rəyi yalnız siyasi sifariş əsasında hazırlayıb. Ona görə ki, bu rəyin tez-tələsik - cəmi iki həftə ərzində hazırlanması belə deməyə əsas verir. Referendum Aktının layihəsi ilk dəfə iyulun 18-də dərc edilib və eyni vaxtda Konstitusiya Məhkəməsinə təqdim olunub. İyulun 18-dən 26-dək hamının, Azərbaycan Respublikasının hər bir vətəndaşının, hər bir təşkilatın layihəyə dair irad və təklif vermək hüququ olub. Lakin AŞPA sədrinin sorğusu nə həmin müddətdə, nə də avqustda deyil, referenduma cəmi 20 gün qalmış Venesiya Komissiyasına ünvanlanıb. Referenduma 20 gün qalmış Venesiya Komissiyasına bununla bağlı sorğunun göndərilməsi və iki həftə ərzində belə şübhəli rəyin hazırlanması yalnız siyasi sifariş kimi izah oluna bilər”, - deyə Şahin Əliyev vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, referendumun elan edilməsi Azərbaycan Prezidentinin Konstitusiyada təsbit olunmuş hüququdur. Onu bu hüquqdan heç kim məhrum edə bilməz. Bir daha vurğulayıram ki, Venesiya Komissiyası bu rəyi hazırlayarkən bizimlə əməkdaşlıq prosedurlarını kobud şəkildə pozub. Oktyabrın 14-15-də Komissiyanın plenar iclası keçiriləcək. Həmin rəy bu iclasda təsdiq edilməlidir. Azərbaycanın rəsmi mövqeyi də həmin plenar iclasda açıqlanacaq. Biz çalışacağıq ki, Azərbaycan hökumətinin mövqeyi rəsmi olaraq Venesiya Komissiyasının sənədi qismində həmin rəyə əlavə edilsin.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib