İQTİSADİYYAT


Şahin Mustafayev: Altı ayda Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı 45 faiz artıb VİDEO

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Bu ilin altı ayının nəticələrinə görə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı 45 faizədək artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çox uğurla inkişaf edir. Ölkələrimiz strateji səviyyədə tərəfdaşlıq edirlər. İqtisadi sahədə əlaqələrimiz çox uğurludur və qarşılıqlı investisiyaların həcmi ilbəil artır.

“Bu ilin altı ayında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər aşağı düşüb. Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı cari ilin altı ayının nəticələrinə görə 45 faizədək artıb. Bizim potensialımız daha böyükdür. Azərbaycan Rusiyaya ixrac və investisiya həcmlərini artırmaq niyyətindədir", - deyə nazir qeyd edib.

Ş.Mustafayev deyib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əsas məqsədi məhz Azərbaycana investisiyaların təşviq olunması, ölkəmizin ixrac potensialının artırılmasıdır. Həmçinin Rusiya bazarının bizim üçün çox əhəmiyyətli olduğunu nəzərə alaraq, məhz bu istiqamətdə Azərbaycan məhsullarının ixracının təşviqi və bu əməliyyatların sayını artırmaqdır. Eyni zamanda, şuraların vəzifələrinə birgə investisiyaların təşviqi də aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.