İQTİSADİYYAT
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər qrafik üzrə gedir
Bakı, 8 iyun, Sevda Cəfərova, AZƏRTAC
“Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər qrafik üzrə gedir. Bu sözləri bu gün Bakıda keçirilən III Avropa İttifaqı–Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, artıq “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan “Şahdəniz” layihəsinin 93 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlərin 85 faizi, Trans-Anadolu qaz boru xəttinin inşası üzrə işlərinin 72 faizi, Trans-Adriatik qaz kəməri layihəsinin 42 faizi tam yerinə yetirilib.
Nazir bildirib ki, görülən işlər vaxtında təhvil veriləcək: “Bu boru kəməri layihəsinin icrasında Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq edilir. Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaşdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]