MƏDƏNİYYƏT


Şahin Növrəsli Bern şəhərində silsilə konsert proqramı ilə çıxış edəcək

A+ A

Bern, 20 sentyabr, AZƏRTAC

İsveçrədəki səfirliyimizin Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə birgə əməkdaşlığı nəticəsində Bern şəhərində yerləşən “İnnere Enge” adlı dünyanın yeganə caz mehmanxanasının “Marians Jazzroom” caz klubunda oktyabrın 4-dən 8-dək tanınmış caz pianoçumuz Şahin Növrəslinin ifasında Azərbaycan caz konsertləri təşkil ediləcək.

Səfirlikdən bildiriblər ki, tədbir zamanı caz ifaçısı Şahin Növrəsli hər gecə iki müxtəlif konsert proqramı olmaqla beş gün müddətində İsveçrə cazsevənlərini Azərbaycan cazının incəlikləri ilə əyani tanış edəcəkdir. Həmin, konsertlər zamanı tamaşaçılara milli mətbəximizin təamları və Azərbaycan şərabları təqdim ediləcək.

Bununla yanaşı, konsertlər zamanı tamaşaçılara Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, o cümlədən musiqi diskləri təqdim olunacaq.

İctimaiyyətə geniş məlumat verilməsi üçün “İnnere Enge” mehmanxanasının xüsusi caz proqramının broşürlərində (http://www.mariansjazzroom.ch/programm/) Azərbaycan barədə xüsusi reklam məlumatları da nəşr edilib, həmçinin İsveçrə caz radiosunun (http://www.radioswissjazz.ch/en/concert-calendar) təqvimlərində “Marians Jazzroom” caz klubundakı konsertlər barədə məlumat da öz əksini tapıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.