MƏDƏNİYYƏT


Şahin Növrəsli Bern şəhərində silsilə konsert proqramları ilə çıxış edir

A+ A

Bern, 5 oktyabr, AZƏRTAC

İsveçrədəki səfirliyimizin və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası “İnnere Enge”nin “Marians Jazzroom” konsert zalında tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz axşamı təşkil edilib.

Tamaşaçılara iki müxtəlif caz konsert proqramı təqdim edən ifaçımızın çıxışı isveçrəli cazsevərlər tərəfindən maraqla qarşılanıb. Onun ifa etdiyi muğam-caz musiqi kompozisiyaları sürəkli alqışlarla müşayiət olunub. Caz gecəsində, həmçinin tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilib.

Konsert zamanı iştirakçılara Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, “Gəncə 2016 - Avropanın Gənclər Paytaxtı” layihəsinə aid müxtəlif kitabçalar və məlumatlar, o cümlədən musiqi diskləri təqdim olunub.

Caz pianoçu Şahin Növrəslinin ifasında silsilə konsert proqramları hər axşam 2 konsert olmaqla oktyabrın 8-dək davam edəcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.