İDMAN


Şahmat üzrə Azərbaycan milli komandası ikinci təlim-məşq toplanışına başlayıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandası intensiv məşqləri davam etdirir. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət əsas komanda 15 günlük hazırlıqda iştirak etmək üçün Qəbələyə yollanıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan millisi Qəbələdə fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi ilə məşq edir.

Hazırlıq barədə məlumat verən Etyen Bakro deyib: “Plana əsasən, ikinci təlim-məşq toplanışı 15 gün davam edəcək. Yığmanın üzvləri ilə yanaşı, həm debüt, həm də çətin kombinasiyaların həlli üzrə çalışacağıq. Ümumilikdə komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Hazırlıq üçün yaxşı şərait yaradılıb. Qəbələdə şahmatçılar həm də idmanla məşğul olurlar. Avqustda yığmanın növbəti təlim-məşq toplanışı keçiriləcək”.

Qeyd edək ki, avqustda Azərbaycan millisinin yoldaşlıq görüşündə iştirak etməsi üçün danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.