REGİONLAR


Şahmat üzrə Naxçıvan şəhər birinciliyində 60 yeniyetmə idmançı mübarizə aparıb

A+ A

Naxçıvan, 18 avqust, AZƏRTAC

Naxçıvan Şəhər Şahmat Mərkəzində keçirilən yeniyetmələr arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyində 8-12 yaş qrupunda 60 oğlan və qız şahmatçı mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarış İsveçrə sistemi ilə 7 turdan ibarət olub. Yekun nəticəyə əsasən, Samir Abbaslı, Nəsrin Cəfərli, Zahid Allahverdiyev, Murad Cəfərov, Ayxan Babayev müvafiq yaş qruplarında birinci yerləri tutublar.

Sonda qalib idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.