İDMAN


Şahmat üzrə ölkə çempionatında Güney Məmmədzadə irəlidədir

Bakı, 16 fevral, AZƏRTAC

Bakıda qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışda 20-dən çox şahmatçı, o cümlədən FIDE-nin beynəlxalq adlarına layiq görülmüş 14 şahmatçı iştirak edir.

Yeddi turdan sonra 5,5 xal toplamış qrossmeyster Günay Məmmədzadə yarışda liderlik edir. Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva ondan 0,5 xal, Xəyalə Abdulla və Xanım Balacayeva 1 xal geri qalırlar.

Ölkə çempionatı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.