İDMAN


Şahmat üzrə respublika çempionatı başa çatıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Quba Rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionat “Təhsil” RİM-in 2016-cı il üçün tədbirlər planına uyğun olaraq, Uşaq-Gənclər Şahmat məktəbləri, həmçinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbləri və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələri arasında keçirilib.

Çempionatın keçirilməsinin əsas məqsədi şəxsi birincilik yarışlarının nəticələrinə əsasən 2017-ci ildə “Məktəblilərin Dünya və Avropa çempionatı”nda iştirak edəcək şahmatçıları müəyyənləşdirməkdir.

Çempionat “Məktəblilər arasında Dünya və Avropa çempionatı”nın yaş qruplarına müvafiq olaraq altı yaş qrupu üzrə oğlan və qızlar arasında təşkil olunub. Final mərhələsində zona yarışlarında hər yaş qrupu üzrə birinci, ikinci və üçüncü yerləri tutmuş oğlan və qız şahmatçılar iştirak ediblər.

Komanda hesabında birinci yeri Sumqayıt şəhər 3 nömrəli Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbi, ikinci yeri Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbi, üçüncü yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin komandaları tutub.

Qaliblər “Təhsil” RİM-in kubok və diplomları ilə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.