İDMAN


Şahmatçılarımız Batumi Şəhər Bələdiyyəsi Kuboku festivalının mükafatları uğrunda yarışırlar

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Batumidə “Batumi meriyası kuboku-2016” Beynəlxalq Şahmat Festivalı başlanıb. Festivalın proqramına müxtəlif format və yaş kateqoriyalarında 10 tur daxildir.

AZƏRTAC xəbər verir ki, ən güclü “A” Open (FIDE reytinqi 2200-dən yuxarı) turnirində 8 ölkədən 44 şahmatçı, o cümlədən Azərbaycanın FIDE təmsilçiləri Maqomed Muradlı, Murad Nuri, Xanım Balacayeva və ustalığa namizəd Kənan Qarayev mübarizə aparırlar.

İki turdan sonra turnirdə 7 şahmatçı, o cümlədən 2 xal toplamış Maqomed Muradlı liderlik edir. Azərbaycanın digər təmsilçilərinin hər birinin aktivində 1 xal var.

Turnirdə 9 qrossmeyster və 12 beynəlxalq usta iştirak edir.

Şəhər Bələdiyyəsi Kuboku Beynəlxalq Festivalı İsveçrə sistemi üzrə 9 turda keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.