Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Saint-Germain-des-Pres” caz festivalının əsas ifaçısı Emil Əfrasiyab idi

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın aparıcı cazmeni, pianoçu Emil Əfrasiyab Parisdə keçirilən “Saint-Germain-des-Pres” XV Caz Festivalının ikinci gecəsi zamanı səhnədəki çevikliyi və innovasiyaları ilə 380 nəfər caz həvəskarını heyran qoyub.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, mayın 29-da keçirilən konsertin tamaşaçıları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, əfsanəvi film ulduzu Klint İstvudun oğlu, məşhur gitara ustası Kil İstvud, məşhur yazıçı, ədəbiyyat və caz tənqidçisi Mişel Kontat və tanınmış caz prodüseri Alain Kassimatis də olublar.

Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyi bundan əvvəlki festivalda olduğu kimi, bu konsertə də təşkilati dəstək göstərib.

1982-ci ildə Bakıda anadan olmuş Emil Əfrasiyab Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. O, cazı Azərbaycan muğamı ilə sintez etmək üzrə ixtisaslaşır. Musiqinin bu iki növü improvizasiya üçün geniş imkanlara malikdir və insanın özünü ifadə etməsi üçün böyük üfüqlər açır. Onun əsərlərində intonasiyadakı təzadlar, daha çox klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.

Proqram Emilin özünün yazdığı “İki dünya” əsəri ilə başlayıb. İncə notlara malik rapsodik solo girişdən sonra Emil piano dilləri üzərində sağa-sola çevik hərəkətlər edərək tempi yüksəldib və onun musiqisi Şərq harmoniyası və muğamın mikrotonları ilə qovuşub. Bu zaman onu Rafael Pannier öz zərb alətlərində hərəkətli poliritmik tonlarla müşayiət edib. İmprovizasiyada hətta Bax və onun “Air on the G String” əsərinə eyham da özünü göstərirdi.

Bu əsərin ardınca Azərbaycanın görkəmli caz-muğam ustadı Vaqif Mustafazadənin “Mart” əsəri saksofonda Aleksandr Madelinin müşayiəti ilə səsləndirilib. Bu əsər Emilin rapsodik girişi ilə başlayıb, sonra Koltranenin şagirdi Aleksandr əsas mövzunun dərinliklərinə varıb. Emil və Rafael sonra cuşa gəlib bir-birini cəsarətləndirərək insanın içini titrədən improvizasiyalar ediblər. Emil insanın ruhunu sakitləşdirən sonluqla özünü başqa aləmdə hiss edən auditoriyanı dərin sükuta qərq edib. Sonra o, öz bəstəsini - Vaqif Mustafazadənin qızı, məşhur caz müğənnisi və pianoçusu Əzizə xanımın şərəfinə ithaf etdiyi “Əzizə” adlı əsərini ifa edib. Bu əsərin tempi tədricən artaraq başgicəlləndirici səviyyəyə qalxanda Rafael fürsətdən istifadə edərək zərb alətlərində bütün məharətini nümayiş etdirib.

Emil öz kvartetindəki musiqiçilərə eyni gözlə baxır. Rafael və bas gitarist Antoine Katz yeni improvizasiya selinə qərq olarkən Emilin pianosu səssizliyə qərar verir. Sonra Emil tempi həyəcanlı və dağıdıcı səviyyəyədək yüksəldir. O, alnının tərini silərkən məftun olmuş auditoriya “Bravo” deyə alqışlayaraq yeni parçanın da səslənməsinə ümidini ifadə edir.

Auditoriyanın mükafatı Azərbaycan milli rəqsi “Şalaxo” oldu. Bu zaman Aleksandrın saksofonu sərbəst caza hakim kəsilib. Rafaelin zərb alətləri ilə uzun-uzadı dialoqdan sonra öz yerini milli alət olan balabana verib.

Əvvəlcə Emilin pianodakı məharəti yalnız doğma ölkəsinin sərhədləri daxilində eşidilirdi. Lakin o, 2011-ci ildə Monterey Caz Festivalında mükafata layiq görüləndən sonra vəziyyət dəyişdi. 2012-ci ildə isə o, hazırda yaşadığı ABŞ-a - Berkli Musiqi Kollecində ifaçılıq və bəstəkarlıq sənəti üzrə təhsil almağa getdi.

Konsert Fransada üç tarixdə keçirilən festival turunun ortasına təsadüf edib. Emilin kvarteti mayın 27-də Reimsdə keçirilən Sanisayd Festivalında ifa etməyə başlayıb. Həmin festivalda təxminən 150 nəfərlik bir auditoriya var idi. Tamaşaçılar arasında Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Label və Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Ayaz Qocayev də olub.

Tur sentyabrın 7-də Kolmar Caz Festivalının giriş konserti ilə başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi