MƏDƏNİYYƏT
Şairin əsərlərinin ikicildliyi işıq üzü görüb
Bakı, 8 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
Şair, publisist, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsalın seçilmiş əsərlərinin yer aldığı ikicildlik toplu işıq üzü görüb.
Müəllif AZƏRTAC-a toplunun nəşri barəsində çoxdan düşündüyünü və bu cür sistemli nəşrin ərsəyə gəlməsi üçün uzun illər əmək sərf etdiyini bildirib.
Toplu ümumilikdə 13 bölmədən ibarətdir. Birinci cilddə bütövlükdə şairin Vətənə, yurda, millətə, insana, xalqımızın zəngin mənəvi dəyərlərinə həsr edilmiş şeirləri, ikinci cilddə isə şeirlərlə yanaşı, müxtəlif illərdə qələmə alınmış üç poema (“Ağ dədə”, “Ana gözləri” və “Prometeyin son günü”) və on altı esse yer alıb.
Qeyd edək ki, kitabın təqdimatı iyunun 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
- 25.04.2024 [15:56]
Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 25.04.2024 [14:53]
Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]
Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub
- 25.04.2024 [11:02]