MƏDƏNİYYƏT


Şairin yeni kitabının təqdimatı olub

A+ A

Bakı, 4 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Noyabrın 4-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə şair Məmməd Məcidoğlunun “Elm və təhsil” nəşriyyatında dərc olunmuş “Fəlakət demə mənsizliyinə” adlı yeni kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər ki, tədbirdə şair Dayandur Sevgin kitab haqqında və müəllifin yaradıcılığı barədə məlumat verib. Onun şeirin bütün janrlarında qələmini sınadığını bildirib. “Fəlakət demə mənsizliyinə” sayca şairin doqquzuncu kitabı olduğunu söyləyib. Əsasən qəzəllərdən ibarət olan kitabda müəllifin son illər yazdığı şeirlərinin yer aldığını deyib.

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri İslam Baxşəliyev şairin yaradıcılığından, yeni kitabın məziyyətlərindən söhbət açıb. Bildirib ki, kitabda şairin son illər əruz vəznində yazdığı şeirlər toplanıb. Bu şeirlərin hər birində şairin vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi boy verməkdədir. Bütün bunlar deməyə əsas verir ki, yeni kitab da müəllifinə böyük və tükənməz sevgi qazandıracaq.

Tədbirdə çıxış edən Mahir Qabiloğlu, Tariyel Abbaslı, Əzizə Ağahüseynqızı və başqaları Vətən ağrısı, Qarabağ dərdi, eyni zamanda qələbəyə inam hissinin və cəmiyyətdəki qurub-yaradan insanların əməyinin kitabda tərənnüm olunduğunu söyləyiblər.

Tədbirdə Əməkdar artistlər - Eldost Bayram, Əli Nur və başqaları şairin şeirlərindən nümunələr söyləyiblər. Tələbələrin ifasında şairin şeirləri səsləndirilib.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub, imzası ilə kitablarını oxuculara təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.