REGİONLAR
Sakinlər öz vəsaitləri hesabına kəndarası yolları təmir edirlər
Tovuz, 22 dekabr, AZƏRTAC
Bu günlərdə Tovuz rayonunun Əyyublu kəndinin sakini Taleh Əhmədoğlu kəndarası yolların sakinlərin öz vəsaiti hesabına təmir edilməsi barədə təşəbbüs irəli sürüb. Bu təşəbbüsə ilk növbədə kənd ağsaqqalları dəstək veriblər.
Taleh Əhmədoğlu AZƏRTAC-a bildirib ki, görüləcək işlərin həcmi müəyyənləşdirilib və müvafiq vəsaitin toplanmasına başlanılıb. Hazırda bu xeyirxah işə 200 nəfərdən çox kənd sakini qoşulub. Əslən Əyyublu kəndindən olan və kənarda yaşayan iş adamları da bu işə dəstək veriblər.
Hazırda kəndin üst hissəsindəki yolda təmir işləri görülüb. Bu nəcib təşəbbüsə qoşulanların sayı isə hər gün artmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]