MƏDƏNİYYƏT


Sakit Məmmədov Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki , “Vətən övladı” qızıl ordeninin, “Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, akademiki, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib.

Avropa Təbiət Elmləri Akademiyasının bölməsindən - “İrs” Mərkəzindən bildiriblər ki, Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət heyəti də akademik Sakit Məmmədovun təsviri sənətin inkişafına şəxsi töhfəsini nəzərə alaraq, onu K.Şpitsveq medalı ilə mükafatlandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.