DÜNYA


Sakit okeanın Yeni Zelandiya sahillərində 7,2 bal gücündə zəlzələ olub

Bakı, 1 sentyabr, AZƏRTAC

ABŞ-ın geoloji xidmətinin məlumatına görə, Sakit okeanın Yeni Zelandiya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki,

Yeraltı təkanlar Gisborn şəhərinin 147 kilometr şimal-şərqində qeydə alınıb. Zəlzələ ocağı yerin 159 kilometr dərinliyində yerləşib.

Həlak olanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.