DÜNYA


Salonikidə İkinci Dünya müharibəsindən qalan bomba zərərsizləşdirilib

Afina, 13 fevral, AZƏRTAC

Fevralın 4-də Yunanıstanın Saloniki şəhərindəki yanacaqdoldurma məntəqələrindən birində tapılan və İkinci Dünya müharibəsinə aid 250 kiloqram çəkisi olan aviasiya bombası dünən zərərsizləşdirilib.

Bomba yerin altından çıxarılıb və partlama mexanizmi dayandırılıb. İkinci mərhələdə bombanı təhlükəsiz yerə aparmaq nəzərdə tutulur. Bombanın tapıldığı ərazidən 72 min sakin təxliyə edilib.

Aparılan araşdırmalardan sonra məlum olub ki, bomba 1943-cü il dekabrın 5-də İngiltərə aviasiyası tərəfindən limanda və vağzalda yerləşən alman məntəqələrinin üzərinə atılıbmış.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.