İQTİSADİYYAT


Saltuk Düzyol: İlin sonunadək Dünya Bankı ilə Avropa İnvestisiya Bankı TANAP-a kredit ayıracaq

A+ A

Bakı, 14 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi üçün Dünya Bankı ilə Avropa İnvestisiya Bankından (EIB) cəlb ediləcək kreditlə bağlı müqavilələr bu ilin sonunadək imzalana bilər.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Saltuk Düzyol qeyd edib ki, hazırda kreditin alınması üçün Dünya Bankı və Avropa İnvestisiya Bankı ilə lazımi proses və prosedurlar tamamlanıb. Həmin banklar ilə TANAP-dakı şəriklərimiz arasında kredit müqavilələrinin son müzakirələri oktyabrda baş tutacaq. Kredit müqavilələrinin isə bu ilin sonunadək və ya ən gec 2017-ci ilin ilk rübündə imzalanması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.