DÜNYA


Salvador Dalinin və Tamara de Lempiçkanın oğurlanmış əsərləri tapılıb

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

2009-cu ildə Hollandiyanın özəl muzeylərindən birindən oğurlanmış iki əsər – ispan rəssam Salvodar Dalinin 1941-ci ildə çəkilmiş “Yetkinlik” (Adolescence) və polşalı rəssam Tamara de Lempiçkanın 1929-cu ilə aid “Musiqiçi” (La Musicienne) əsərləri tapılıb.

AZƏRTAC www.theartnewspaper.com saytına istinadla xəbər verir ki, hər iki əsərin vəziyyəti yaxşıdır.

Əsərlər maskalı şəxslər tərəfindən 2009-cu il mayın 1-də Hollandiyanın Spanbroek kəndində yerləşən Şerinqa realist incəsənət muzeyindən oğurlanıb.

Əsərləri tapan hollandiyalı incəsənət detektivi Artur Brand əsərlərin hüquqi sahiblərinə veriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.