REGİONLAR


Salyan Dövlət Kukla Teatrı balacaları “Bostançı və Şah Abbas” tamaşası ilə sevindirəcək

Salyan, 24 yanvar, Mahir Babayev, AZƏRTAC

Salyan Dövlət Kukla Teatrı yeni mövsümdə kiçik tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırladıqları “Bostançı və Şah Abbas” tamaşası ilə çıxacaq.

AZƏRTAC xəbər verir ki, nağılın səhnələşdirilməsində məqsəd haqq-ədaləti Şah Abbasın timsalında balacalara çatdırmaqdır. Tamaşada, həmçinin tamahkarlıq və paxıllıq kimi mənfi hisslər şahın vəziri Allahverdinin obrazında pislənilir.

Yeni mövsümdə balacalara təqdim olunacaq tamaşanın quruluşçu rejissoru Rauf Afşarovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.