REGİONLAR
Salyan Dövlət Kukla Teatrı neftçalalı balacaları sevindirib
Neftçala, 21 oktyabr, Mahir Babayev, AZƏRTAC
Salyan Dövlət Kukla Teatrı Neftçala rayonunda qastrol səfərdə olub.
AZƏRTAC xəbər verir ki, teatrın kollektivinin yazıçı Ruslan Həsənlinin pyesi əsasında hazırladıqları “Ağca və Sarıca” tamaşası rayondakı Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.
Teatrın baş rejissoru Rafiq Mirzənin quruluş verdiyi tamaşa aktyorlar tərəfindən məharətlə oynanılıb və balaca tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi rəhbəri Təzahür Mehdiyev, bədii tərtibatçısı Tükəzban Məmmədovadır.
Tamaşada əzəldən bir-birinə düşmən olan tülkü ilə xoruzun nəvələri arasında yaranan mehriban münasibətdən bəhs olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]