REGİONLAR


Salyan məktəbliləri cənub bölgəsinə təşkil edilən ekoloji turda iştirak ediblər

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

“Ana Kür” İсtimai Birliyi Salyan məktəbliləri üçün cənub bölgələrinə növbəti ekoloji tur təşkil edib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, məktəblilər Lənkəran və Astara rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkında olublar.

Turdan əvvəl iştirakçılar Salyan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin xatirəsinə uсaldılan abidənin önünə tər çiçək dəstələri düzüblər.

Hirkan Milli Parkı ilə tanışlıq tur iştirakçılarında dərin təəssürat yaradıb. Park əməkdaşı ümumi sahəsi 40 min hektardan çox olan parkın ölkəmizdə ətraf mühitin qorunması, biomüxtəlifliyin bərpası istiqamətində oynadığı roldan danışıb, burada qorunan, adı “Qırmızı kitab”a daxil olan fauna və flora növləri barədə ətraflı məlumat verib.

Tur iştirakçıları Xanbulançay dəryaçası sahilində istirahət edib, xalqımızın qəhrəman oğlu, general Həzi Aslanovun ev-muzeyi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.