CƏMİYYƏT


Salyan rayonunda tullantıların yandırılması ilə bağlı şikayət əsassız olub

Bakı, 10 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə Salyan rayonu Qarabağlı kənd sakini Hüseyn Mustafayev tərəfindən kənd ərazisində yerləşən istixanalardan çıxarılan tullantıların yandırılması və kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şikayət nazirliyin əməkdaşları və Qarabağlı bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Şikayətçi araşdırmada iştirak etməkdən imtina edib.

Həmin istixanaların ərazisinə keçirilən baxış zamanı tullantıların yandırılması və kəskin qoxunun yayılması faktları müşahidə edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.