REGİONLAR


Salyan və Sabirabadda 20 min hektardan çox sahə əkin dövriyyəsinə qatılacaq

A+ A

Salyan, 22 noyabr, Mahir Babayev, AZƏRTAC

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə Salyan və Sabirabad rayonlarındakı qış otlaq sahələrini əkinəyararlı vəziyyətə gətirmək məqsədilə meliorativ tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində bir neçə mərhələdə aparılacaq işlərə oktyabrın əvvəlindən başlanılıb və hazırda Salyanın Aşağı Noxudlu kəndində su nasos stansiyası inşa edilir. Gələcəkdə nasos stansiyasında suqəbuledici, sunəqledici, sudurulducu və suatma qurğuları da tikiləcək. Tikinti işlərini sürətlə həyata keçirmək üçün əraziyə 100-dən çox müxtəlif təyinatlı texnika, eləcə də əksəriyyəti yerli sakinlər olmaqla, xeyli sayda işçi qüvvəsi cəlb edilib.

Nəzarətçi mühəndis Sədrəddin Mustafayev AZƏRTAC–a bildirib ki, su stansiyaya Kür çayından öz axını ilə axıdılacaq və burada durulduqdan sonra beton kanallara paylanılacaq. Uzunluğu 35 kilometr olacaq beton kanallar vasitəsilə Muğanın indiyədək susuz qalan torpaqlarını suvarmaq mümkün olacaq.

Layihənin birinci mərhələsində tikinti işləri iki il davam edəcək. İşlər başa çatdırıldıqdan sonra Salyan və Sabirabad rayonlarında 20 min hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.