REGİONLAR
Salyanda 19,8 hektar sahədə sarımsaq əkilib
Salyan, 16 may, Mahir Babayev, AZƏRTAC
Salyanda ikinci ildir ki, sarımsaq bitkisi becərilir.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm rayonda 19,8 hektar sahədə sarımsaq əkilib. Bunun da 17 hektarını Yenikənd kənd sakini, fermer Ələddin Fərəcov becərir. Əsasən yerli toxumdan istifadə edən fermer ötən il becərdiyi 14 hektar sarımsaq sahəsinin hər hektarından 10 ton məhsul götürməklə, 140 ton sarımsaq əldə edib. Məhsuldan xeyli gəlir götürən fermer bu il əkin sahəsini genişləndirərək 18 hektara çatdırıb.
Hazırda sarımsaq sahəsində becərmə işləri aparılır. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Torpaq sahibinin dediyinə görə, 20-25 gündən sonra məhsul yığımına başlayacaq. O, ötən il olduğu kimi, bu il də məhsulu Rusiya bazarlarına göndərəcək.
Ə.Fərəcov növbəti ildə əkin sahəsini 30 hektara çatdırmaq fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]