REGİONLAR


Salyanda 2 yaşlı “maqnit uşaq” hamını təəccübləndirir VİDEO

Salyan, 23 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanın Boranıkənd kəndində yaşayan 2 yaşlı Ömər son günlər kənd sakinlərinin ən çox maraqlandığı uşaqdır. Buna səbəb balacanın sinəsində müxtəlif metal əşyaları saxlaya bilməsidir.

AZƏRTAC xəbər verir ki, bu qeyri-adi gücə inananlar da olur, inanmayanlar da. Əslində görməyincə inanılası da deyil. Görəndə isə adamı təəccüb bürüyür və bu qeyri-adi gücə inanmaya bilmirsən.

Balacanın sinəsində bioenerjinin olmasını valideynləri 10-15 gün bundan əvvəl təsadüfən biliblər. Atası Samir Zeynalovun dediyinə görə, bir gün Ömər mağazaya getmək üçün nənəsindən aldığı qəpiyi sinəsinə yapışdırıb və pul bir müddət orada qalıb. Bundan sonra digər metal əşyalar da sınaqdan keçirilib və həmin əşyalar da uşağın sinəsinə yapışıb. Bununla da uşağın sinəsində bioenerjinin olması aşkarlanıb.

Valideynləri deyir ki, Ömərin yerişi də, duruşu da həmyaşıdlarından heç nə ilə fərqlənmir. O da digər uşaqlar kimi oyuncaqları ilə oynayır, velosiped sürür, şənlənir. Necə deyərlər, öz uşaqlığını yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.