REGİONLAR


Salyanda 68 min 714 nəfər pulsuz tibbi müayinədən yararlanıb

Salyan, 16 may, Mahir Babayev, AZƏRTAC

Respublikamızda əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən kütləvi pulsuz tibbi müayinə aksiyası başa çatıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələrindəki tibb müəssisələrində əhali pulsuz müayinə olunub.

Aksiya zamanı Salyanda 68 min 714 nəfər sakin tibbi müayinədən keçirilib. Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri İsrafil Məmmədov AZƏRTAC-a bildirib ki, müayinə zamanı xəstəlik aşkar olunan sakinlərdən 6093 nəfər ambulator, 136 nəfər stasionar müalicəyə cəlb edilib. 30-dək xəstə üzərində isə əməliyyat aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 80 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.

Şöbə müdirinin sözlərinə görə, humanitar aksiya zamanı icra hakimiyyəti orqanlarının əməkdaşları səhiyyə işçiləri ilə birlikdə əhali arasında maarifləndirmə işləri aparıb, vətəndaşların kütləvi şəkildə tibbi müayinədən keçirilməsi üçün bütün lazımi tədbirləri görüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.