REGİONLAR


Salyanda “Açıq kitabxana” təşkil olunub

A+ A

Salyan, 27 avqust, Mahir Babayev, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirdiyi “Açıq kitabxana” layihəsi çərçivəsində Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Heydər Əliyev parkında tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək və insanların mütaliəyə marağını artırmaqdır.

Böyük maraqla qarşılanan tədbirdə “Azərbaycan tarixi”, ”Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Ulu öndər Heydər Əliyev”, “Salyan yazarları”, “Şəhidlər ölməz, vətən bölünməz” bölmələrində kitablar nümayiş etdirilib.

Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Günaydın Əhədova çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməsinə və oxucu sayının artmasına stimul verən belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.

Tədbir zamanı kitabxanaya çoxlu sayda yeni oxucu üzv yazılıb.

“Açıq kitabxana” layihəsi çərçivəsində tədbirlərin müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.