REGİONLAR


Salyanda Dövlət Kukla Teatrı yeni mövsümə başlayıb

A+ A

Salyan, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC

Salyan Dövlət Kukla Teatrı özünün 22-ci mövsümünə başlayıb.

AZƏRTAC xəbər verir ki, yaradıcı kollektiv yeni teatr mövsümündə balaca tamaşaçıların görüşünə Azərbaycan xalq nağılı əsasında hazırladıqları “Bostançı və Şah Abbas” tamaşası ilə gəlib.

Açılış mərasimində çıxış edən teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Yavər Cəbrayılov teatrsevərləri salamlayaraq, yeni mövsümün başlanması münasibətilə onları və yaradıcı kollektivi təbrik edib.

Sonra “Bostançı və Şah Abbas” tamaşası teatrın aktyorları tərəfindən balaca tamaşaçılara təqdim olunub. Rejissor Rauf Avşarovun səhnələşdirdiyi tamaşa aktyorlar tərəfindən ustalıqla oynanılıb və balaca tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.