REGİONLAR


Salyanda Heydər Əliyev Muzeyinin 10 illik yubileyi keçirilib

A+ A

Salyan, 12 avqust, Mahir Babayev, AZƏRTAC

Salyanda Heydər Əliyev Muzeyinin yaradılmasının 10 illik yubileyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl mərkəzdə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə çıxış edənlər Ulu Öndərin irsinin öyrənilməsində muzeyin əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin və incəsənətin bütün sahələri kimi, milli-mədəni dəyərlərimizin qorunub saxlanıldığı muzeylərimiz də inkişaf edib, maddi-texniki bazası möhkəmləndirilib. 2006-cı ildə Salyanda yaradılan Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatının bütün dövrlərinə aid fotoşəkillər nümayiş etdirilir, həmçinin müxtəlif stendlər quraşdırılıb. Sonradan muzey Heydər Əliyev Mərkəzi adlandırılıb.

Sonra Ulu Öndərə həsr olunan videoçarx nümayiş etdirilib, dahi şəxsiyyətlə görüşən salyanlılar xatirələrini bölüşüblər.

Tədbir konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.