REGİONLAR
Salyanda bu ilin 8 ayında süni mayalama yolu ilə 2 minə yaxın buzov alınıb
Salyan, 17 sentyabr, Mahir Babayev, AZƏRTAC
Salyanda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını ödəmək məqsədi ilə xaricdən alınan düyələrlə yanaşı, yerli inəklərin cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalama tədbirlərinə də xüsusi diqqət yetirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, son illər rayonun heyvandarlıq təsərrüfatlarında süni mayalama məntəqələrinin şəbəkəsi xeyli genişləndirilib. Hazırda fermalarda 10 mayalama məntəqəsi fəaliyyət göstərir və cari ilin 8 ayında bu məntəqələrdə mayalanan 2 min 300 baş inəkdən 2 mindən çox buzov alınıb.
Quyçu kənd heyvandarlıq təsərrüfatının rəhbəri Həsənağa Gözəlovun dediyinə görə, süni mayalama yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır. Bu yolla alınan buzovların həm diri çəkisi, həm də südü yerli heyvanlardan 3-4 dəfə çox olur. Mütəxəssislərin fikrincə, süni mayalama yolu ilə bala alınması xaricdən gətirilən heyvanlardan daha ucuz başa gəlir ki, bu da təsərrüfat sahiblərinə olduqca sərfəlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]