REGİONLAR


Salyanda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

A+ A

Salyan, 10 oktyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə mərasim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir rayondakı Heydər Əliyev parkında keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsinin rəisi Tural Məmmədov çağırışçı gənclərə Vətən keşiyində ayıq-sayıq durmağı, onu göz bəbəyi kimi qorumağı tövsiyə edib. Qeyd olunub ki, gənclər Azərbaycan Ordusunda xidmət etməyi özlərinə şərəf bilir və böyük həvəslə hərbi xidmətə yola düşürlər.

Gəncləri təbrik edən valideynlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri bildiriblər ki, Azərbaycanın müdafiə qüdrətinin artması dövlət siyasətində prioritet məsələdir və bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ordumuz regionda aparıcı qüvvəyə çevrilib. Çıxış edənlər, həmçinin gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, zabit və komandirlərin əmrlərinə dəqiq əməl etməyi tövsiyə ediblər.

Çağırışçı gənclər doğma Azərbaycana sədaqətlə xidmət edəcəklərini, xidmətləri ilə Salyanın adını həmişə uca tutacaqlarını və Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olacaqlarını bildiriblər.

Sonda gənclər musiqi sədaları altında müqəddəs “Qurani-Kərim”in altında keçərək, təyin olunduqları hərbi hissələrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.