REGİONLAR


Salyanda eramızdan əvvələ aid olduğu ehtimal edilən  insan sümükləri aşkarlanıb

Salyan, 4 iyul, Mahir Babayev, AZƏRTAC

Salyanın Yeni Uluxanlı kəndində qədim insan sümükləri aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, insan sümükləri Salyan şəhərindən 20-25 kilometr aralıda yerləşən kənddəki “7 qardaş təpəlikləri” adlanan ərazidə qazıntı işləri aparılarkən tapılıb.

Tarixçilərin fikrincə, rayonun Kürsəngi kəndindən başlayaraq Kür çayına qədər təxminən 20 kilometrlik məsafədə orta əsrə, eləcə də ondan əvvəlki dövrə aid yaşayış məskənlərinin eyni sıra üzrə düzülməsi və qədim ticarət yolunun bu ərazidən keçməsi Yeni Uluxanlı kəndinin qədim tarixindən xəbər verir. İlkin ehtimallara görə, kənddəki “7 qardaş təpəlikləri” Azərbaycan ərazisində Son Tunc, İlk Dəmir dövrünə, yəni eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərinə aid olan kurqanlardır.

Professor Arif Məmmədov bildirib ki, həmin bu təpəliklərdə təkcə orta əsrlər dövrünə aid saxsı qabların qalıqlarının tapılması, kərpiclərin nəzərə çarpması, qara çıraqların aşkarlanması bu ərazidə sıx insan yaşayış məskəninin olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, bu ərazilərdə arxeoloji tədqiqat işləri aparılarsa, qədim tariximizin qaranlıqlarına işıq salan zəngin məlumatlar əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.