REGİONLAR


Salyanda jurnalistlərlə görüş keçirilib

A+ A

Salyan, 22 iyul, Mahir Babayev, AZƏRTAC 

Salyanda 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyev abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Bildirilib ki, Həsən bəy Zərdabinin redaktoru olduğu və 1875-ci ilin iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub. Bu qəzet vasitəsilə Həsən bəy Zərdabi əqidə dostları - Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Seyid Əzim Şirvani və başqa şəxslərlə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib.

S.Hətəmov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın inkişafı sahəsində gördükləri işləri də iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən “Qələbə” qəzetinin redaktoru Rüstəm Məlikov, “Azərbaycan” qəzetinin bölgə müxbiri Seyran Cavadov, şair-publisist Oktay Rza, mətbuat yayımı Salyan rayon şöbəsinin müdiri, qocaman jurnalist Böyükkişi Məmmədov və başqaları ölkə və region mətbuatının hazırkı vəziyyətindən, bu sahənin inkişafı istiqamətində görülən işlərdən söz açıblar.

Sonda jurnalistlərə qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.