REGİONLAR


Salyanda keçirilən qanvermə aksiyasında 200-dən çox donor iştirak edib

Salyan, 27 may, Mahir Babayev, AZƏRTAC

Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının təşəbbüsü ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər, ictimaiyyətin nümayəndələri olmaqla, ümumilikdə, 200 nəfərdən çox donor iştirak edib.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 200 nəfər könüllü donorun hər birindən 400 qram qan götürülüb. Toplanan qan nümunələri irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.