REGİONLAR


Salyanda sarımsaq əkininə maraq artıb

A+ A

Salyan, 12 oktyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda payızlıq sarımsaq əkininə başlanılıb. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün fermerlər iki ildir sarımsaq əkininə daha çox maraq göstərirlər.

Sarımsaq ən çox rayonun Yenikənd kəndində becərilir. Kənd sakini, fermer Ələddin Fərəcov ötən il beş hektar sahədə sarımsaq əkib və hektardan orta hesabla 50 sentner məhsul götürüb. Ə.Fərəcov AZƏRTAC-a bildirib ki, ikinci ildir sarımsaq əkir. Ötən il bol məhsul götürüb və bazarda yüksək qiymətə satıb.

O, bu il 35 hektar sahədə sarımsaq əkmək niyyətindədir. Bunun üçün kifayət qədər toxum əldə edib və digər hazırlıq işlərini görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.