QAN YADDAŞI
Salyanda soyqırımı qurbanlarının xatirə kompleksi ziyarət olunub
Salyan, 31 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən anma mərasimində erməni cəlladlarının zaman-zaman Azərbaycan xalqına qarşı törədikləri cinayətlər xatırlanıb.
AZƏRTAC xəbər verir ki, yüzlərlə salyanlı soyqırımı qurbanlarının xatirə kompleksinin önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra ictimaiyyət nümayəndələri Salyan şəhər qəbirstanlığında uyuyan türk əsgərlərinin məzarlarını ziyarət ediblər.
Mərasimdə ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən danışılıb. Çıxışlarda 31 martın soyqırımı günü elan edilməsində ulu öndər Heydər Əliyevin xidmətləri vurğulanıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin uğurlu fəaliyyəti qeyd olunub.