CƏMİYYƏT


Salyandakı Şirvan Milli Parkı ərazisində üç partlamamış hərbi sursat aşkarlanıb VİDEO

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri oktyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Salyan rayonundakı Şirvan Milli Parkında bir təhlükəli əraziyə baxış keçiriblər. Baxış zamanı park ərazisində üç partlamamış hərbi sursat - hər biri bir ədəd olmaqla 100 millimetrlik “OF-412” top, 140 millimetrlik “M-14 OF” raket mərmisi və “M-14 OF” raket mərmisinin döyüş başlığı aşkar edilərək götürülüb. Ümumilikdə agentliyin əməkdaşları tərəfindən gün ərzində 5 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən oktyabrın 5-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində, ümumilikdə, 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub.

Nəticədə 3532 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 42 mina aşkarlanaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.