REGİONLAR


Salyanın 14 yaşayış məntəqəsinə yeni su xətti çəkilir

Salyan, 19 iyul, Mahir Babayev, AZƏRTAC

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair Prezidentin Sərəncamına uyğun olaraq, Salyanda 14 yaşayış məntəqəsini içməli su ilə təmin etmək üçün ümumi uzunluğu 11 kilometr olan yeni su xəttinin tikintisi yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, kəndlərə suyun Şirvan-Muğam qrup su kəmərindən verilməsi nəzərdə tutulub. Artıq rayonun Qırxçıraq, Seyidsadıqlı, Alçalı və Qızılağac kəndlərində layihənin icrasına başlanılıb. Yaxın günlərdə digər kəndlərdə də tikinti-quraşdırma işləri həyata keçiriləcək. Yeni su xətti ilə 30 min sakin keyfiyyətli su ilə təmin olunacaq.

Salyan Su-Kanal İdarəsinin rəisi Afiq Məmmədyarov AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində rayonun 14 kəndində 37 bulağın tikintisi nəzərdə tutulur. Bulaqlardan artıq 20-nin inşası başa çatdırılıb. Su xəttinin tikintisinin cari ilin avqust ayında yekunlaşması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.