REGİONLAR


Salyanın girişində “Qala qapı” inşa edilir VİDEO

A+ A

Salyan, 27 iyul, AZƏRTAC

Cənub bölgəsinin qapısı adlandırılan Salyanın girişində yenidənqurma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, şəhərin girişində hündürlüyü 10 metrə yaxın olan “Qala qapı” inşa edilir. Artıq hörgü işləri başa çatmaq üzrədir. Ərazidəki tablonun içərisində Salyanın xəritəsi, şəhərin rəmzləri, arxa fonunda isə Azərbaycanın xəritəsi yer alacaq. Qapının giriş hissəsində isə tarixi keçmişimizi əks etdirən dəvə heykəlləri ucaldılacaq.

Ərazidə, həmçinin yaşıllaşdırma işləri də aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.