REGİONLAR
Salyanın heyvandarlıq təsərrüfatlarında 244 min baş heyvan saxlanılır
Salyan, 16 avqust, Mahir Babayev, AZƏRTAC
Salyanın heyvandarlıq təsərrüfatlarında ümumilikdə 243 min 950 baş heyvan saxlanılır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq kompleksləri və fərdi təsərrüfatlarında 62 min 600 baş iri buynuzlu mal-qara və 181 min 350 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 12 min 644 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalının da çoxalmasına güclü təkan verir.
Cari ilin ötən ayları ərzində rayonda 4 min 581 ton ət (diri çəkidə), 24 min 65 ton süd, 347 ton yun, 16 milyon 995 ədəd yumurta istehsal edilib ki, bu da ötən ildəkindən müqayisədə xeyli çoxdur.