REGİONLAR


Salyanın mərkəzi kitabxanasında bir əsrdən çox yaşı olan nadir kitablar saxlanılır

A+ A

Salyan, 6 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Salyan rayon mərkəzi kitabxanasında bir əsrdən çox yaşı olan qədim kitablar saxlanılır. “Kitab abidələri” siyahısına daxil olan bu nadir kitablar düz 68 ildir kitabxanada qorunur.

Bu nadir kitablar 1940-1948-ci illərdə kitabxanaya hədiyyə verilib. Kitabxananın mübadilə şöbəsinin müdiri Mehparə Eyvazova AZƏRTAC-a bildirib ki, burada 114 kitab qeydiyyatdadır. Bunların da 103-ü kitabxananın mübadilə şöbəsində saxlanılır. Qalan 11-i isə şəxsi evlərdə qorunan “Qurani Kərim” nümunələridir. Həmin kitablar dövlət reyestri xidməti qeydiyyatından keçirilərək “Kitab abidələri” siyahısına daxil edilib.

Tarixi keçmişdə baş verən hadisələri özündə əks etdirən “Kitab abidələri”nin 69-u lüğət tərkibli, 15-i isə söz birləşmələrindən ibarət ensiklopedik lüğətlərdir. Digər 6-sı isə Yer planetindən bəhs edən ensiklopediyadır. Söz birləşmələrindən ibarət ensiklopedik lüğətin birinci cildi 1890-cı ildə Sankt-Peterburqda nəşr olunub. Digər kitablar isə 1900-1906-cı illərin nəşrləridir. Bu kitabların 4-dən dünya tarixinin müxtəlif dövrləri, 5-dən insan fizionomiyası, 2-dən isə Bizans imperiyasının tarixi həqiqətləri haqda məlumat əldə etmək mümkündür. 68 il kitabxanada qorunaraq saxlanılan bu nadir kitablar qədim tarixin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.