REGİONLAR
Salyanın yeniyetmə futbolçuları respublika birinciliyinə hazırlaşırlar
Salyan, 27 oktyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda ümumtəhsil məktəbliləri arasında keçirilən zona yarışında uğurla çıxış edərək yüksək pillələrdən birini tutan Salyanın 14-15 yaşlı futbolçuları noyabr ayında keçiriləcək respublika birinciliyinə hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, yeniyetmə futbolçular məşqçi-müəllim Anar Sadıqovun rəhbərliyi ilə şəhid Həbib Qurbanovun adını daşıyan şəhər uşaq-gənclər idman məktəbinin zalında məşqlərə başlayıblar. Futbolçular məşqləri noyabrın ortalarınadək davam etdirəcəklər.
Qeyd edək ki, salyanlı futbolçular bundan əvvəl Qax rayonunda keçirilən “Sevinc” kuboku uğrunda yarışlarda ikinci yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]