REGİONLAR
Salyanlı qadınlar rayonun ictimai həyatında fəallıq nümayiş etdirirlər
Salyan, 6 mart, AZƏRTAC
Martın 6-da Salyanda 8 Mart - Beynəlxalq Qadınlar Günü təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilat nümayəndələrinin qatıldıqları tədbirdə qadınların ictimai həyatda fəal mövqe tutduğu vurğulanıb, dövlət qadın siyasətindən danışılıb, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən söhbət açılıb.
Bildirilib ki, salyanlı qadınlar rayonun ictimai həyatında fəallıq nümayiş etdirirlər. Rayon əhalisinin 63 min nəfərini təşkil edən qadınların 24,9 mini səhiyyə, təhsil, mədəniyyət müəssisələrində və iqtisadiyyatın ayrı–ayrı sahələrində çalışır. Rayonda 53 qadın dövlət qulluğunda, 60 qadın isə bələdiyyələrdə təmsil olunub.
Tədbirdə bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr verilib.
Sonra tədbir musiqi proqramı ilə davam etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]