REGİONLAR


Salyanlı şagirdlər Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə tanış olacaqlar

A+ A

Salyan, 17 noyabr, Mahir Babayev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Salyan rayonundan olan iştirakçıları noyabrın 17-də Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola çıxıblar.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayonun rəhbər işçilərinin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərdəki Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib.

Tur-aksiya iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra məktəblilər IDEA İctimai Birliyinin nəcib təşəbbüsünə qoşularaq “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində parkda ağac və gül kolları əkiblər.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin işçisi Sevinc Səmədova bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları - Salyan rayon ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri Gəncə şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.

Mərasim başa çatdıqdan sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.